Avstraliya PUA-lara görə İrana sanksiya tətbiq etdi
Avstraliya Rusiyaya pilotsuz uçan aparat (PUA) tədarükünə görə İrana qarşı əlavə sanksiyalar tətbiq edəcəyini bildirib.
Avstraliyanın xarici işlər naziri Penni Vonqun sözlərinə görə, dronların istehsalı və Moskvaya tədarükü ilə məşğul olan İranın dörd fiziki şəxsinə və dörd qurumuna qarşı maliyyə sanksiyaları tətbiq olunacaq.
“Biz dəyərlərimizə və maraqlarımıza uyğun olaraq, dialoq və diplomatiyadan tutmuş sanksiyalara qədər insan hüquqlarını qorumaq üçün əlimizdə olan bütün strategiyalardan istifadə edirik”, - deyə o bildirib.