Serbiya Rusiyaya qarşı sanksiyalara qoşulmamasının səbəbini açıqladı
![](/uploads/posts/2022-04/medium/1650283255_vucic.jpg)
“Azadsəs.az” xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç “Pink” telekanalının efirində deyib.
“Rusiyaya qarşı sanksiya tətbiq etsəm, istənilən yerdə mükafatlar alar, ən yaxşı demokrat olaram. Lakin sanksiyalar tətbiq etmək qeyri-əxlaqidir və eləcə də bu, nəticə vermir. Rusiya bizi hər zaman ərazi bütövlüyü məsələsində dəstəkləyib”, - deyə Vuçiç söyləyib.