Almaniya bir il ərzində rekord həcmdə silah ixrac edib
- 27-12-2022, 18:21
- Siyasət
2022-ci ildə Almaniya hökuməti təxminən 8,35 milyard avro dəyərində silah ixracına icazə verib. Bu həcmin dörddəbirindən çoxu Ukrayna üçün nəzərdə tutulub.
Xüsusilə, bu il Almaniya hökuməti Ukraynaya 2,24 milyard avro məbləğində silah tədarükünü təsdiqləyib.
Eyni zamanda, Almaniya ölkə tarixində yalnız bir dəfə - keçən il - rekord həddə silah ixrac edib: 2021-ci ildə ümumi ixrac 9,35 milyard avro təşkil edib.
Əvvəlcə, jurnalistlərin yazdıqları kimi, ixrac üçün nəzərdə tutulan silahların həcminin xeyli az olacağı güman edilirdi.
Onilliklər ərzində mövcud olan prinsipləri fevralın 27-də Kansler Olaf Şolts pozaraq döyüş bölgələrinə silah tədarükünə dair birtərəfli qadağanı ləğv edib.