Pentaqon Ukrayna üçün silah istehsalını sürətləndirməyə çalışır
ABŞ Müdafiə Nazirliyi silah istehsalını və Ukraynaya təhvil verilməsini sürətləndirmək üçün yeni imkanlar axtarır.
Bu barədə “Reuters”, hökumətin SAM.gov saytında dərc edilmiş Müdafiə Nazirliyinin sorğusuna istinadən xəbər verir.
“Pentaqon ABŞ sənayesi üçün istehsalı sürətləndirmək və minimal hazırlıq tələb edən, həmçinin tez bir zamanda Ukraynaya ixrac ediləcək yoxlanılmış, effektiv silahlar yaratmaq imkanlarını artırmaq üçün yeni yollar axtarır”, - deyə məlumatda bildirilib.
ABŞ Müdafiə Nazirliyi silah istehsalçılarına sorğusunu dərc edib. Məlum olub ki, Pentaqon silah istehsalının sürəti, o cümlədən hava hücumundan müdafiə, tank əleyhinə, piyada əleyhinə, sahil müdafiəsi, pilotsuz uçuş sistemləri və rabitə ilə bağlı kommersiya imkanları haqqında maraqlanır.