Azərbaycanda səfərdə olan Uqanda nümayəndə heyəti QHGT üzvləri ilə görüşüb - FOTO
- 8-12-2022, 21:14
- Siyasət
Qoşulmama Hərəkatı Gənclər Təşkilatı Azərbaycanda səfərdə olan Uqanda nümayəndə heyətini qəbul edib.
Oxu.Az xəbər verir ki, görüş QHGT-nin Azərbaycanda yerli bölməsi olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən idarə olunan Gənclər Təşkilatlarının Resurs Mərkəzində baş tutub.
Görüşdə QHGT-nin institusional inkişafı, eləcə də Təşkilatın milli bölmələri, o cümlədən Uqanda Milli Bölməsi ilə əməkdaşlıq perspektivləri müzakirə olunub, QHGT-nin hazırkı sədri Orduxan Qəhrəmanzadə Təşkilatının missiyası və fəaliyyət planı ilə bağlı ətraflı məlumat verib.
İkitərəfli görüşdən sonra nümayəndə heyəti QHGT-nin Azərbaycan bölməsinin üzvləri ilə görüşüb. Görüş zamanı Uqandanın BMT yanında Daimi Nümayəndəsi, həmçinin nümayəndə heyətinin rəhbəri Səfir Adonia Ayebare QHGT-nin Qoşulmama Hərəkatına üzv dövlətlər arasında gənclərin inkişafı və qarşılıqlı əlaqəsinin təşkilinə verdiyi töhfələrin önəmini vurğulayıb. Daha sonra Uqandanın Xarici İşlər Nazirliyinin Protokol İdarəsinin rəisi Səfir Aisa İsmail çıxış etmişdir. Görüşdə eyni zamanda Uqanda XİN-in Beynəlxalq Əməkdaşlıq İdarəsinin Müşavir Elçisi Cənab Nkayivu Ssenabulya Steven və BMT yanında Daimi Nümayəndəliyin Birinci Katibi Cənab Joshua Kalebo da iştirak edib. Görüşdən sonra nümayəndə heyəti QHGT-nin üzvləri ilə xatirə şəkili çəkdirib.
Qeyd edək ki, Azərbaycan Respublikası 2019-2023-cü illər ərzində Qoşulmama Hərəkatına sədrlik edir. 2021-ci ildə məhz Azərbaycanın Hərəkata sədrliyi dövründə Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsi yaradılıb. 2022-ci ilin iyul ayında Azərbaycanda keçirilən Qoşulmama Hərəkatının Gənclər Sammiti zamanı Şuşa şəhərində qəbul olunan Şuşa Akkordu adlanan sənədə əsasən Gənclər Şəbəkəsi Qoşulmama Hərəkatı Gənclər Təşkilatına çevrilb.