Orduxan Qəhrəmanzadə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının yeni Baş katibi təyin olunub
- 27-11-2021, 09:23
- Cəmiyyət
26 noyabr tarixində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) İdarə Heyətinin görüşü keçirilib.
ATGTİ-nin sədri Pərviz Mirələmlinin sədrliyi ilə keçirilən görüş zamanı təşkilatın baş katibi vəzifəsinə ADA Universitetinin 4-cü kurs tələbəsi Orduxan Qəhrəmanzadənin namizədliyi irəli sürülüb və yekdil qərar nəticəsində Orduxan Qəhrəmanzadə ATGTİ-nin yeni Baş Katibi təyin olunub.
Görüşdə eyni zamanda İttifaqın 2021-ci il üzrə fəaliyyəti təhlil olunub, İdarə Heyətinin qarşısında duran məsələlər müzakirə edilib. Əsas fəaliyyət istiqamətləri olan Tələbə Gənclər Təşkilatları (TGT) və tələbə klublarının fəaliyyətlərinin gücləndirilməsi, tələbələrlə əlaqələrin möhkəmləndirilməsi, gənclərin potensialının artırılması, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan zəfərin fonunda ölkəmizin maraqlarının beynəlxalq tələbə cəmiyyətində təşviq edilməsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və ölkəmizin dövlət və özəl qurumları ilə əməkdaşlığın genişləndirilməsi üzrə atılan addımlar ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin İdarə Heyəti sözügedən fəaliyyət istiqamətlərini əhatə edib aktiv şəkildə davam edən “Hədəf 5%”, “Çətir və “Tea Talks” proqramlarının hazırkı icra prosesi ilə tanış olub, onların fəaliyyət planı ətrafında müzakirələr aparılıb.
ATGTİ sədri Pərviz Mirələmli görüş zamanı İdarə Heyəti üzvlərini aktiv şəkildə tələbələrin üzləşdikləri çətinliklərin həlli istiqamətində fəaliyyət göstərməyə və TGT-lərin fəaliyyətlərinin stimullaşdırılması üçün lazımi işlər görməyə çağırıb.
Bunlarla yanaşı görüşdə ölkə ərazisində davam edən Tələbə Gənclər Təşkilatlarının seçki prosesi və yaxın zamanda seçkilərin həyata keçiriləcəyi təhsil müəssisələrinin siyahısı haqqında məlumat da İdarə Heyətinin diqqətinə çatdırılıb. İdarə Heyətinin üzvləri də öz növbəsində mövcud proses barədə öz fikirlərini bölüşüb və fəaliyyətin təkmilləşdirilməsi istiqamətində təkliflərini irəli sürüblər.