İspaniya nümayəndə heyəti ilə müzakirələr aparılıb
İspaniya nümayəndə heyəti ilə əməkdaşlıq haqqında müzakirələr aparılıb.
İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyində (İZİA) Azərbaycan-İspaniya Ticarət Assosiasiyasının prezidenti Fərid Mustafayev, İspaniyanın “Factorenergia S.A.” şirkətinin baş icraçı direktoru Emili Rousaud Pareslə görüş keçirilib.
Görüşdə İspaniya şirkətlərinin sənaye zonalarında investisiya layihələrinin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib.
İZİA-nın İdarə Heyətinin sədri vəzifəsini icra edən Elşad Nuriyev Azərbaycanda fəaliyyət göstərən sənaye zonaları və aqroparklar, burada sahibkarlar üçün yaradılmış əlverişli şərait, mövcud imkanlar, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə yaradılan sənaye parklarının iqtisadi, nəqliyyat-tranzit potensialı barədə məlumat verib, İspaniyadan olan iş adamlarını sənaye zonalarında yaradılmış investisiya mühitindən yararlanmağa dəvət edib.
Qeyd edək ki, “Factorenergia S.A.” şirkəti 1999-cu ildə təsis edilib və İspaniyanın ilk müstəqil enerji satışı müəssisəsidir. Hazırda şirkət enerji xidmətlərinin göstərilməsi, günəş panellərinin və batareyalarının, təbii qaz və elektrik şarj cihazlarının istehsalı ilə məşğul olur.