azadses.az » Cəmiyyət » ÜST-nin Azərbaycanı “malyariyadan azad” ölkə kimi sertifikatlaşdırması gözlənilir - FOTO

ÜST-nin Azərbaycanı “malyariyadan azad” ölkə kimi sertifikatlaşdırması gözlənilir - FOTO

Səhiyyə Nazirliyində oktyabrın 3-dən 14-dək ölkəmizdə işgüzar səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Malyariyaya yerli yoluxmanın kəsilməsinin Sertifikatlaşdırılması üzrə Texniki Məsləhət Qrupunun üzvlərinin daxil olduğu müstəqil Qiymətləndirmə Missiyasının nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə həmçinin ÜST-nin Azərbaycan üzrə nümayəndəliyin rəhbəri Hande Harmancı da iştirak edib.

Oxu.Az xəbər verir ki, səhiyyə naziri Teymur Musayev ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan nüfuzlu səhiyyə təşkilatı ilə 1992-ci ildən sıx əməkdaşlıq edir və bu əməkdaşlıq hər il yüksələn xətlə inkişaf etməkdədir.

Nazir çıxışında ölkəmizdə malyariya xəstəliyinin qarşısının alınması və ocaqlarının aradan qaldırılması istiqamətində aparılan işləri diqqətə çatdırıb:

“Uzun illərdir ki, Azərbaycanda malyariyanın qarşısının alınması və ocaqlarının aradan qaldırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu səylər nəticəsində Azərbaycanda 2013-cü ildən malyariyaya yerli yoluxma halları qeydə alınmayıb”.

Teymur Musayev ölkəmizdə ötən əsrin 90-cı illərinin əvvəllərində məlum səbəblərdən sosial-siyasi vəziyyətin pisləşməsi, 1 milyondan çox qaçqın və məcburi köçkün, əhali arasında xaotik miqrasiyanın nəticəsində malyariya xəstəliyi geniş miqyasda yayılaraq ölkə ərazisinin 80 faizini əhatə etdiyini xatırladıb:

“Epidemioloji vəziyyətlə əlaqədar ÜST-nin tövsiyələrinə müvafiq olaraq Milli Proqram hazırlanıb və həmin proqramın uğurla həyata keçirilməsi nəticəsində epidemiyanın genişlənməsinin qarşısı alındığı üçün xəstələnmə səviyyəsi ilbəil azalmağa başlayıb”.

Nazir Azərbaycanda malyariya xəstəliyinin aradan qaldırılmasına milli səhiyyə sisteminin gücləndirilməsi, Səhiyyə Nazirliyinin bütün strukturlarının respublikanın digər nazirlikləri, idarə və təşkilatları ilə birgə koordinasiyalı fəaliyyəti nəticəsində nail olunduğunu vurğulayıb:

“Malyariya ilə mübarizədə uğur həm də Ümumdünya Səhiyyə Təşkilatının aparıcı mövqe tutduğu tərəfdaşların uzun illər hərtərəfli dəstəyi sayəsində mümkün olub”, - deyə Azərbaycanın səhiyyə naziri fikrini tamamlayıb.

Səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını bildirən ÜST-nin Qiymətləndirmə Missiyasının üzvü Keyt Karter Azərbaycanın regionda malyariya xəstəliyinin aradan qaldırılmasına və malyariyadan azad ölkə statusunun qorunub saxlanmasına əvəzsiz töhfəsini qeyd edib. Bildirilib ki, 2021-ci ilin sentyabr ayında Səhiyyə Nazirliyinin rəhbərliyi Azərbaycanda malyariya xəstəliyinə yoluxmanın kəsilməsi üzrə sertifikatlaşdırma prosesinə başlamaqla bağlı ÜST-nin baş direktoruna Tedros Adhanom Qebreyesusa rəsmi müraciət ünvanlayıb. Bu proses çərçivəsində 2022-ci il mayın 16-dan 20-nə kimi ÜST-nin sertifikatlaşdırma missiyası Azərbaycanda səfərdə olub. Bundan əlavə, cari ilin iyun ayında Səhiyyə Nazirliyi “Azərbaycan Respublikasında malyariyaya qarşı mübarizə üzrə Milli Hesabat”ı tələb olunan sənədlər paketi ilə birlikdə ÜST-nin Malyariyaya Nəzarət üzrə Qlobal Proqramına təqdim edib.

Qiymətləndirmə Missiyanın malyariyaya nəzarət sisteminin ayrı-ayrı komponentləri ilə iki həftəlik işinin nəticəsi olaraq və ölkədə görülən işlərin nəticələrinə əsasən, ÜST tərəfindən Azərbaycanı “malyariyadan azad” ölkə kimi sertifikatlaşdırması gözlənilir.

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Beyləqanda yol qəzasında 7 yaşlı uşaq ağır xəsarət alıb
  2. Bakıda avtomobil 61 yaşlı qadını vurub
  3. DYP-dən xəbərdarlıq: Kimlərəsə arxayın olanlar bilsinlər ki, qanun hamı üçündür
  4. Xətai rayonunda yaşayış binasında yanğın olub
  5. Bakıda baldız yeznəsini bıçaqlayıb
  6. Suraxanıda 35 yaşlı kişi evində döyülərək ağır xəsarət alıb
  7. 65 yaşlı kişini ilan sancdı
  8. Sumqayıtda mənzildə kişi meyiti tapılıb
  9. Bakıda iki avtomobil toqquşub, xəsarət alan var
  10. Bakıda 20 yaşlı qadın öldürülüb, qardaşı saxlanılıb - YENİLƏNİB
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Şou biznes
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”