Peskov: “Rusiya Əliyevlə Paşinyan arasında görüşü öz ərazisində təşkil etməyə hazırdır”
- 7-12-2022, 17:48
- Siyasət
“Rusiya Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında yeni görüşün öz ərazisində keçirilməsi üçün bütün lazımi köməyi göstərməyə hazırdır”.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
“Rusiya, təbii ki, öz ərazisində belə bir görüşün keçirilməsi üçün bütün lazımi yardımı göstərməyə hazır olacaq”, - Kremlin sözçüsü müvafiq suala cavab verib.
İlin sonunda MDB-nin Sankt-Peterburqda baş tuta biləcək qeyri-rəsmi sammitindən danışarkən o qeyd edib:
“Yeni il öncəsi belə bir görüşün keçirilməsi ideyaları var, bütün razılaşmalar yekunlaşdıqdan sonra müvafiq açıqlama verəcəyik”.
O bildirib ki, İ.Əliyev və N.Paşinyan görüşündə də anlaşma olarsa, bu barədə mətbuata məlumat veriləcək.