Главная > Siyasət > Peskov: “Rusiya Əliyevlə Paşinyan arasında görüşü öz ərazisində təşkil etməyə hazırdır”
Peskov: “Rusiya Əliyevlə Paşinyan arasında görüşü öz ərazisində təşkil etməyə hazırdır”7-12-2022, 17:48. Разместил: admin |
![]() Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib. “Rusiya, təbii ki, öz ərazisində belə bir görüşün keçirilməsi üçün bütün lazımi yardımı göstərməyə hazır olacaq”, - Kremlin sözçüsü müvafiq suala cavab verib. İlin sonunda MDB-nin Sankt-Peterburqda baş tuta biləcək qeyri-rəsmi sammitindən danışarkən o qeyd edib: “Yeni il öncəsi belə bir görüşün keçirilməsi ideyaları var, bütün razılaşmalar yekunlaşdıqdan sonra müvafiq açıqlama verəcəyik”. O bildirib ki, İ.Əliyev və N.Paşinyan görüşündə də anlaşma olarsa, bu barədə mətbuata məlumat veriləcək. Вернуться назад |