Paşinyan 44 günlük müharibə ilə bağlı cinayət işində dindirilib
Ermənistanın Baş naziri Nikol Paşinyan İstintaq Komitəsində şahid qismində dindirilib.
Ermənistan İstintaq Komitəsi respublikanın baş naziri Nikol Paşinyanı 2020-ci ilin payızında 44 günlük müharibə zamanı məmurların vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi işi üzrə şahid qismində dindirib.
Bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.
“Sözügedən cinayət işi çərçivəsində baş nazir Paşinyan şahid qismində dindirilib”, - deyə qurumdan qeyd edilib.
Qeyd edək ki, cinayət işinin istintaqı bu ilin may ayından başlayıb.