Ermənistanda keçmiş mer saxlanıldı
- 15-12-2021, 19:47
- Siyasət
Ermənistanın Vanadzor şəhərinin keçmiş meri Mamikon Aslanyan çərşənbə günü saxlanılaraq Ermənistan İstintaq Komitəsinə aparılıb.
“Azadsəs az” xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadevosyan məlumat verib.
Aslanyan vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, şəxsi məqsədlər üçün sənədləri saxtalaşdırmaqda və bir sıra digər ictimai təhlükəli cinayətlər törətməkdə ittiham edilir.
Ona qarşı açılan cinayət işi daşınmaz əmlak alqı-satqısında sui-istifadə ilə bağlıdır.