Главная > Siyasət / Manset > Paşinyan 44 günlük müharibə ilə bağlı cinayət işində dindirilib
Paşinyan 44 günlük müharibə ilə bağlı cinayət işində dindirilib18-11-2022, 18:00. Разместил: admin |
Ermənistanın Baş naziri Nikol Paşinyan İstintaq Komitəsində şahid qismində dindirilib. Ermənistan İstintaq Komitəsi respublikanın baş naziri Nikol Paşinyanı 2020-ci ilin payızında 44 günlük müharibə zamanı məmurların vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi işi üzrə şahid qismində dindirib. Bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb. “Sözügedən cinayət işi çərçivəsində baş nazir Paşinyan şahid qismində dindirilib”, - deyə qurumdan qeyd edilib. Qeyd edək ki, cinayət işinin istintaqı bu ilin may ayından başlayıb. Вернуться назад |