Latviyanın xarici işlər naziri: “Avropa liderləri Putini təhrik etməkdən qorxmamalıdırlar”
“Avropa liderləri Rusiya Prezidenti Vladimir Putini təhrik etməkdən qorxmamalı, beynəlxalq ictimaiyyət isə Ukraynaya müharibəni dayandırmaq üçün güzəştə getməsi ilə bağlı təzyiq etməməlidir”.
Bu barədə Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs CNN telekanalına müsahibəsində bildirib.
Rinkeviçs tənqid etdiyi Avropa liderlərinin konkret adlarını çəkməsə də, onların Putini təhrik etməkdən qorxduqlarını qeyd edib. Söhbət xüsusən də Fransa Prezidenti Emmanuel Makronun bu yaxınlarda verdiyi bəyanatdan gedir: “Biz Rusiyanı alçaltmamalıyıq ki, hərbi əməliyyatlar dayananda diplomatik həll yolları ilə çıxış yolu tapa bilək”.
Latviya Xarici İşlər Nazirliyi rəhbərinin sözlərinə görə, bu yanaşma irrasionaldır. O, həmçinin qeyd edib ki, “bir çox paytaxtlarda mentaliteti dəyişmək lazımdır”.
Rinkeviçs qeyd edib ki, dünya liderləri ilə Putin arasında müharibənin dayandırılması məqsədilə aparılan diplomatik təmaslar heç bir nəticə verməyib. Latviya Xarici İşlər Nazirliyinin rəhbərinin fikrincə, rusiyalıları yalnız ukraynalılar və onların mübarizəsi dayandıra bilər.