Novruz tədbirləri ləğv olunur - İran vətəndaşları üçün
- 5-03-2020, 12:37
- Cəmiyyət
Azərbaycandakı səfrilik açıqlama yaydı
İranın Azərbaycandakı səfirliyi iki ölkə arasındakı sərhəd keçidlərinin son vəziyyəti ilə bağlı açıqlama yayıb. Açıqlamada bildirilib ki, son məlumatlara görə, iki ölkə arasında birbaşa uçuşlar dayandırılıb. Azərbaycan rəsmiləri İran vətəndaşlarının Azərbaycan Respublikasını tərk etməsinə şərait yaradır, lakin İran vətəndaşlarının Azərbaycan ərazisinə daxil olmasına icazə vermir.
Azərbaycan rəsmiləri həmçinin öz vətəndaşlarının İrana səfərinə icazə vermir, lakin İranda qalan vətəndaşlarının ölkəyə geri qayıtmasını təmin edir. Bu vətəndaşlar geri qayıdarkən tibbi müayinədən keçməli və koronavirusa yoluxma şübhəsi qeydə alınarsa, karantinə alınacaqlar.
Yük avtomobillərinin sərhəddən keçidi qismən təmin olunur və virusa yoluxanlar karantinə alınırlar.
"Ümumilikdə, iki ölkə arasında gediş-gəliş əvvəlki kimi deyil. Eyni zamanda bildirmək lazımdır ki, İran vətəndaşları üçün təşkili nəzərdə tutulan bütün Novruz tədbirləri ləğv olunur.
Səfirlik İranda koronavirusun nəzarət altına alınmasının sərhəd əlaqələrinin normallaşmasına kömək edəcəyinə ümid edir və fürsətdən istifadə edərək, Azərbaycan xalqına cansağlığı və xoşbəxtlik arzu edir".