Rəsmi Bağdaddan şok açıqlama: “Hücumdan əvvəl İrandan mesaj aldıq”
- 8-01-2020, 15:33
- Siyasət
İraqın Baş nazir səlahiyyətlərini icra edən Adil Abdul Mehdi İranın ABŞ bazasına raket hücumu ilə bağlı açıqlama verib.
“Hürriyyet” xəbər verir ki, Adil Abdul Mehdi hücum nəticəsində İraq ordusunun itki vermədiyini bildirib.
“Hücumdan əvvəl İrandan mesaj aldım. Hücumun yalnız ABŞ əsgərlərinin yerləşdiyi ərazilərdə olacağı deyildi, dəqiq mövqe bildirilmədi. Aviabazaya və digər ərazilərə raket düşən zaman ABŞ-dan çağırış aldım. Hücumdan xəbərim olduğu an İraq qüvvələrini xəbərdar etdim”, - Abdul Mehdi vurğulayıb.
Adil Abdul Mehdi həmçinin sözügedən vəziyyətin bölgəni və ümumilikdə bütün dünyanı təhdid etdiyini qeyd edib.