Zaur Baxşəliyevin əmisi oğlu tərəfindən cinsi istismara məruz qalan qadına Fədailər sahib çıxdı-VİDEO
3 yaşından doğma valideynləri tərəfindən atılan Lalə Urmiyeva 5 dekabr tarixində Milli Fədailər Hərəkatına rəsmi müraciət edib. O, bundan əvvəl sosial xarakterli televiziya verlişlərinə müraciət etsə də, əks münasibətlə qarşılaşıb. Lalə Urmiyevanın bildiyinə görə, o, Atv-də yayımlanan “Bizimləsən” verlişinə müraciət edib. Lakin verlişin aparıcısı Zaur Baxşəliyevin əmisi oğlu Sənan Baxşəliyev tərəfindən cinsi istismara məruz qalıb. Daha sonra, o, Milli Fədailər Hərəkatına üz tutub. Hərəkatın sədri Fuad Muradov danışıb: “5 dekabr tarixində Urmiyeva Lalə adlı xanım bizim təşkilata müraciət edib. Qadın Naxçıvan şəhərində anadan olub. Başına gələnlərlə Milli Fədailər Hərəkatına bağlı müraciət ünvanlayıb. Biz də məsələni tam araşdırdıqdan sonra, xanıma lazımi köməklikləri etdik. Həmin günü də sözügedən məsələni mediada işıqlandırdıq. Maksimum şəkildə məsələni işıqlandırmağa çalışdıq. Xanıma sosial durumuyla bağlı maddi durumunu bacardığımız qədər həll etdik. Bundan sonra isə, dövlət tərəfindən himayə olunmasına çalışacayıq. Hazırda xanımın heç kimi yoxdur və kimsəsizdir. Dediyinə görə, üç günlüyündə valideynləri tərəfindən atılıb. Daha sonra isə, onu qəyyumluğa götürüblər. Dörd yaşında ögəy anasını, 16 yaşında isə ögəy atasını itirib. Bundan sonra, xanımın həyatı daha da acınacaqlı olub. Daha sonra, Bakıya üz tutub. Kimsəsiz olduğuna görə dəfələrlə televiziyalara müraciət edib. Xanımın dediyinə görə, həmin televiziyalar ona xoş davranmayıblar. ATV kanalında Zaur Baxşəliyevin aparıcılıq etdiyi verlişə üz tutub. Xanımın dediyinə görə, Zaur Baxşəliyevin əmisi oğlu Sənan Baxşəliyev onu cinsi istismara məruz qoymuşdur. Xoşqədəm Hidayətqızının verlişinə müraciət edəndə isə, o, xanımın üstünə verliş arxası acıqlanaraq, onu aşağılamışdır. Çıxış yolu olaraq Milli Fədailər Hərəkatına müraciət edib . Bizdə çalışdığımız qədər xanıma köməkliyimizi göstərdik və bu kimsəsiz insanlardan isitifadə edənlərin də ifşa olunmasına çalışdıq. Bu cür insanların himayə olunmasında, cənab Ali Baş Komandana, 1-ci Vitse-Prezident Mehriban xanıma inanırıq. Biz bacardığımız qədərini etdik. Bundan sonrasında dövlətimizə güvənirik”.
Elşən Yəhyayev
Elşən Yəhyayev