Türkiyə səfiri Ukrayna XİN-ə çağırıldı - FOTO
Ukrayna Xarici İşlər Nazirliyi oğurlanmış Ukrayna taxılını daşıyan Rusiyanın “Jibek Jolı” gəmisinin Türkiyənin Karasu limanından buraxılmasından məyus olduğunu bəyan edib.
Vəziyyətlə əlaqədar Türkiyənin Kiyevdəki səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə Ukrayna Xarici İşlər Nazirliyi “Facebook”da məlumat yayıb:
“Ukraynanın Xarici İşlər Nazirliyi və beynəlxalq tərəfdaşları Rusiya Federasiyasının Ukrayna ərazisindən taxılın oğurlanması və digər ölkələrə ixracı ilə bağlı cinayət əməllərini qınayır. Xüsusilə, işğal altındakı Berdyanskdan oğurlanmış taxılları Türkiyənin Karasu limanına daşımağa çalışan Rusiyanın “Jibek Jolı” gəmisi səbir kasasını daşdıran son damla oldu”.
Xarici İşlər Nazirliyi xatırladıb ki, Ukraynanın müvafiq orqanlarının müdaxiləsi nəticəsində bu gəmi oğurlanmış taxılı boşalda bilməyib və saxlanılıb. Gəminin və yükün həbsi üçün Türkiyəyə sorğu göndərilib. Lakin Ukrayna tərəfinin müraciətinə məhəl qoymayaraq, gəmi iyulun 6-da axşam buraxılıb.
Ukrayna tərəfi Türkiyəyə bu vəziyyətin təcili araşdırılmasını və Ukraynanın müvafiq orqanlarının müraciətlərinə hərtərəfli cavab verilməsini, habelə, gələcəkdə bu cür halların bütün vasitələrlə qarşısının alınmasını xahiş edib.
Xatırladaq ki, Berdyanskdan olan “Jibek Jolı” quru yük gəmisi Türkiyənin Karasu limanına daxil olub. Ukrayna yükünün oğurluq olması ehtimalına görə gəminin saxlanılması və həbs edilməsi tələbi ilə Türkiyəyə müraciət edib.