Türkiyədə Ukrayna taxılını daşıyan Rusiya gəmisi saxlanıldı
Türkiyədə Ukrayna taxılını daşıyan Rusiyaya məxsus yük gəmisi saxlanılıb.
Bu barədə Ukraynanın Ankaradakı səfiri Vasili Bodnara istinadən “Reuters” agentliyi məlumat yayıb.
“Jibek Jolı” adlı gəmi rəsmi rəqəmlərə görə 4,5 min ton, Ukrayna prokurorluğunun məlumatına görə isə 7 min ton ton taxıl daşıyır. O, Qazaxıstanın “KTZ Express” şirkətinə məxsusdur, lakin Rusiyanın “Green-Line” şirkəti tərəfindən icarəyə götürülüb.
Ukraynanın Türkiyədəki səfiri bildirib ki, müstəntiqlər bazar ertəsi taxılın mənşəyini müəyyən etməyə başlayacaq.
Qeyd edək ki, iyulun 1-də Berdyanskdan çıxan Rusiya bayraqlı gəminin Türkiyənin Karasu limanına daxil olduğu bildirilib. Ukrayna Baş Prokurorluğunun göstərişi əsasında ölkənin Ankaradakı səfirliyi müvafiq tədbirlərin görülməsi xahişi ilə Türkiyə tərəfinə müraciət edib.