İsveçrə Kiyevdəki səfirliyini yenidən açmaq qərarına gəlib
İsveçrə fevral ayında bağlanmış Kiyevdəki səfirliyini yenidən açmaq qərarına gəlib. Bu barədə respublikanın Xarici İşlər Nazirliyi məlumat verib.
“İsveçrə yaxın günlərdə fevralın sonunda müvəqqəti bağlanmış [Kiyevdəki] nümayəndəliyini yerində yenidən aça biləcək”, - deyə diplomatik departamentdən bildiriblər.
Xarici İşlər Nazirliyi qeyd edib ki, “ilkin olaraq” səfir Klod Uayld Kiyevə səfirliyin dörd əməkdaşı ilə gələcək. Səfirliyin açılması qərarı İsveçrənin xarici işlər və müdafiə nazirlikləri tərəfindən Ukrayna paytaxtında təhlükəsizlik şəraitinin öyrənilməsindən sonra qəbul edilib.
İsveçrənin Kiyevdəki nümayəndəliyi fevralın 28-dən bağlanıb. Onun funksiyaları Kişinyov və Buxarestdəki səfirliklərə, eləcə də birbaşa Berndəki Xarici İşlər Nazirliyinə verilib.