azadses.az » Siyasət » Qreq Saymons: “Stokholm və Helsinki Türkiyənin tələblərinə tabe olmalıdır”

Qreq Saymons: “Stokholm və Helsinki Türkiyənin tələblərinə tabe olmalıdır”

“Türkiyə güc mövqeyindən çıxış edir. Onun öz davranış xəttini dəyişməyə ehtiyacı yoxdur. Ona görə də İsveç və Finlandiya, həqiqətən də, hazırda NATO-ya üzv olmaq istəyirlərsə, Türkiyənin tələblərinə tabe olmalıdırlar. İsveç və Finlandiya kifayət qədər təkəbbürlü mövqe tutmuşdular. Eyni zamanda, onların NATO-ya üzvlük məsələsinə sadəlövh yanaşmaları var. Nədənsə Helsinki və Stokholm əmin idilər ki, onların Alyansa qəbulu tez və sürətlə baş tutacaq”.

Bu sözləri Oxu.Az-a açıqlamasında isveçli analitik, professor, İsveçin Uppsala Universitetinin Rusiya və Avrasiya Tədqiqatları İnstitutunun tədqiqatçısı Qreq Saymons deyib.

Professor vurğulayıb ki, İsveç və Finlandiya Qərb mərkəzli və liberal sistemə aiddirlər, dünyagörüşləri məsihçi və ideolojidir:

“Onlar Türkiyə kimi ölkələrə mühazirələr oxuyur, necə yaşamağı öyrədirdilər. Lakin lazımi cavabı aldıqdan sonra medalın digər tərəfi ilə üzləşdilər. Türkiyə daha çox Qərb mərkəzli olmayan bir yanaşmaya sahibdir, baxmayaraq ki, o, NATO kimi Qərb mərkəzli strukturların bir hissəsidir. Ankara diplomatiyaya praqmatik yanaşır, məsələlərə realizm prizmasından baxır.

İsveçli analitikin Türkiyə parlamentinin İsveç və Finlandiyanın NATO-ya qoşulması barədə protokolları təsdiq edib-etməyəcəyinə dair proqnozu isə belə olub:

“Türkiyənin irəli sürdüyü, Stokholm və Helsinki tərəfindən razılaşdırılan şərtlər yerinə yetirilməyənə qədər İsveç və Finlandiya NATO-ya üzv olmayacaq. Qlobal geosiyasi transformasiyanın hazırkı vəziyyətini nəzərə alaraq, Qərb başa düşür ki, onun sərt güc mənbələrinə böyük ehtiyacı var. Gələcəkdə baş verə biləcək genişmiqyaslı münaqişələrdə Türkiyənin geosiyasi mövqeyi çox önəmlidir”.

Ona görə də ABŞ və NATO öz hərəkətlərində çox diqqətli olmalıdırlar ki, Türkiyəni özlərindən uzaqlaşdıra biləcək addımlara yol verməsinlər. Türkiyənin Alyansdan getməsi böyük başağrısına çevrilə bilər. Buna görə də Vaşinqton və Brüssel özlərini nisbətən sakit aparırlar. ABŞ-ın qlobal terrorizmlə mübarizədə (xüsusilə İraqda) və “Ərəb baharı”nda (xüsusilə Suriyada) birtərəfli hərəkətləri Ankaranın xarici siyasətdə, eləcə də təhlükəsizlik məsələlərində daha müstəqil və iddialı mövqe tutması ilə nəticələndi. İndi də bütün “kozır”lar Türkiyənin əlindədir”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  2. Binədə yolu keçən qadını avtomobil vurub
  3. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  4. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  5. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  6. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  7. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  8. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
  9. Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
  10. Pirallahıda 44 yaşlı kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?