ABŞ Ukraynanın işğalı ilə bağlı kəşfiyyat məlumatlarını açıqlayacaq
- 7-06-2022, 18:23
- Siyasət
ABŞ Prezidenti Co Bayden Rusiyanın Ukraynanı işğalı ərəfəsində olan kəşfiyyat məlumatlarının məxfilikdən çıxarılmasına dair göstəriş verib. Belə ki, ABŞ rəsmilərinin hazırlanan hücumla bağlı iddiaları tərəfdaşları və müttəfiqləri tərəfindən skeptisizmlə qarşılanıb.
Bu barədə ABŞ Milli Kəşfiyyatının direktoru Avril Heyns məlumat verib.
“Biz siyasətçilərimizə bununla bağlı izahat verdiyimiz zaman və siyasətçilərimiz də bunu həmsöhbətləri ilə paylaşdıqda onların bu mövzuya kifayət qədər skeptik yanaşdıqlarını gördülər”, - deyə Heyns kibertəhlükəsizlik konfransında çıxışı zamanı bildirib.
“Nəticədə prezident bizə mümkün qədər çox məlumat paylaşmalı olduğumuzu bildirdi və bizim gördüyümüzü insanların da gördüklərindən əmin olmağımızı istədi ki, biz yenidən qarşılıqlı əlaqə qura bilək”, - deyə o qeyd edib.
Heyns əlavə edib ki, ABŞ “tərəfdaşları və müttəfiqləri ilə çox şey paylaşıb” və nəticədə gələcəkdə istifadə oluna biləcək “paylaşma mexanizmləri” hazırlayıb.