ABŞ Pekin Olimpiadasının boykotu məsələsini müzakirə edəcək
- 7-04-2021, 17:00
- Dünya
Bu barədə Dövlət Departamentinin sözçusu Ned Prays məlumat verib.
Onun sözlərinə görə, hazırda bu məsələ ölkə hökumətinin gündəliyindədir.
“Bu, gündəlikdə olan məsələlərdən biridir. Biz öz müttəfiqlərimiz və tərəfdaşlarımızla bunu müzakirə etmək istəyirik. Qəbul edilən qərar təkcə bizim yox, həm də onların maraqlarına cavab verməlidir”, - deyə N.Prays bildirib.
Qeyd edək ki, XXIV Qış Olimpiya Oyunları 4-20 fevral 2022-ci ildə Pekində keçiriləcək.