Mikayıl Cabbarov Türkiyə Banklar Birliyinin İdarə Heyətinin sədri ilə görüşüb
- 29-10-2021, 18:23
- Dünya / İqtisadiyyat
İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyə Banklar Birliyinin İdarə Heyətinin sədri, Ziraat Bankın baş direktoru Alpaslan Çakarla görüşüb.
Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İqtisadiyyat naziri Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitini, ölkəmizin investiya cəlbediciliyini, işğaldan azad edilmiş torpaqlarımızın böyük iqtisadi potensialını, zəngin təbii resurslara malik olduğunu diqqətə çatdırıb, biznes üçün geniş imkanları vurğulayıb.
Qeyd olunub ki, Türkiyə Banklar Birliyi və Ziraat Bankı ilə uğurlu əməkdaşlıq edilir və bu tərəfdaşlıq çərçivəsində 2019-cu ildə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), “Ziraat Bank Azərbaycan” ASC və “Türk Eximbank” arasında əməkdaşlığa dair üçtərəfli Niyyət Protokolu, həmçinin KOBİA və Türk Katılım Bankları Birliyi arasında Anlaşma Memorandumu imzalanıb.
Nazir Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin genişləndirilməsində bank sektorunun rolunu qeyd edib, Bankla əlaqələrin inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.
Türkiyə Banklar Birliyinin İdarə Heyətinin sədri, Ziraat Bankın baş direktoru Alpaslan Çakar Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin dirçəldilməsi layihələrində Türkiyə şirkətlərinin fəal iştirakını, iş birliyinin iqtisadi əməkdaşlığa, biznesin canlanmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına töhfə verəcəyini vurğulayıb, Bankın əlaqələrin genişləndirilməsində marağını ifadə edib.
Tərəflər Ziraat Bankın Azərbaycandakı fəaliyyəti, ticarət və investisiya sahəsində tərəfdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblər.