NATO-nun Şərqə doğru genişlənməsinə Rusiyanın mümkün cavabı açıqlandı
- 26-12-2021, 21:38
- Dünya
Rusiya prezidenti Vladimir Putin NATO-nun Şərqə doğru irəliləməsinə cavab vermək üçün müxtəlif variantların nəzərdən keçirildiyini bildirib.
“Bu, hərbi ekspertlərimizin mənə verəcəyi təkliflərdən asılıdır”, - deyə o, “Rossiya 1” telekanalında efirə gedən “Moskva. Kreml. Putin” proqramında jurnalist Pavel Zarubinə müsahibəsində bəyan edib.
Dövlət başçısı Moskvanın ABŞ və Şimali Atlantika Alyansı üçün təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflərini xatırladıb.
Qeyd edək ki, bundan öncə Putin alyansın Şərqə doğru genişlənməsi və Ukraynaya hücum silahlarının yerləşdirilməsini Moskva üçün qırmızı xətt adlandırıb.