Главная > Siyasət / Manset > Rusiya bu ölkənin 8 diplomatını ölkədən çıxarır
Rusiya bu ölkənin 8 diplomatını ölkədən çıxarır27-04-2022, 18:48. Разместил: admin |
Rusiya Yaponiya səfirliyinin səkkiz əməkdaşını ölkədən çıxarır. “Azadsəs.az” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Onlar mayın 10-dək Rusiya ərazisini tərk etməlidirlər. Aprelin 27-də Yaponiyanın Moskvadakı səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb və ona bildirilib ki, Rusiyanın Ukraynada əməliyyatı başlayandan rəsmi Tokio açıq-aşkar anti-Rusiya kursu götürüb və qarşılıqlı faydalı əməkdaşlığın pozulmasına səbəb olub. "Bu xəttin apoteozu səkkiz rus diplomatının Yaponiyadan qovulması olub. Rusiya tərəfi qarşılıqlılıq prinsipini rəhbər tutaraq, 8 yapon diplomatik işçisinin mayın 10-dək ölkəmizi tərk etməsini tələb edib", - nazirliyin bəyanatında deyilir. Вернуться назад |