Avstriya da rusiyalı diplomatları ölkədən çıxarır
Avstriya 4 rusiyalı diplomatı ölkədən çıxarır.
“Azadsəs.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı Avstriyanın Xarici İşlər Nazirliyi yayıb.
Bildirilir ki, burada söhbət Rusiyanın Vyana şəhərindəki səfirliyinin 3 əməkdaşından və ölkənin Zalsburq şəhərindəki Baş konsulluğunda çalışan 1 əməkdaşdan gedir.
Nazirlik sözügedən rusiyalı diplomatların öz diplomatik statuslarına uyğun olmayan hərəkətlərə yol verdiklərini iddia edir. Rusiyalı diplomatlar aprelin 12-dən gec olmayaraq Avstriyanı tərk etməlidirlər.
Rusiya XİN Avstriyanın qərarına müvafiq cavab verəcəyini bildirib.
Qeyd edək ki, bir neçə Qərb ölkəsi rusiyalı diplomatların ölkədən çıxarılması barədə qərar qəbul edib.