azadses.az » Siyasət » DÇ-2022-nin hazırlıq işlərində 30-a yaxın azərbaycanlı çalışır

DÇ-2022-nin hazırlıq işlərində 30-a yaxın azərbaycanlı çalışır

“Bu il Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının hazırlıq işlərində 30-a yaxın azərbaycanlı çalışır”.

Bunu “Azadsəs.az”a açıqlamasında Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında iştirak edən Qətərdəki Azərbaycan icmasının sədri Eldəgiz Rəfibəyli bildirib.

Onun sözlərinə görə, yarışın təşkilində çalışan həmin şəxslər “Formula 1” üzrə Azərbaycan Qran-prisində və Bakıda keçirilmiş I Avropa Oyunlarında təcrübə qazanmış gənclərdir: “Onları təcrübəli olduqları üçün Azərbaycandan Qətərə aparıblar”.

Sədr Qətərin inkişaf dövrünü yaşadığını söyləyib: “Ölkənin hazırda ən vacib tədbiri builki dünya çempionatıdır. Bununla bağlı infrastruktur və digər sahələrdə mühüm işlər görülür. Bu, onların ilk böyük tədbiridir. Bu vaxtadək Asiya Kuboku və Ərəb Ölkələri Kubokuna ev sahibliyi ediblər. Bunlar müvəffəqiyyətli təşkil olunub. Dünya çempionatı daha geniş miqyasda gerçəkləşəcək ilk tədbirdir. Biz də bunu səbirsizliklə gözləyirik”.

Rəfibəyli Qətərə gedən azərbaycanlıların peşəkarlar olduğunu sözlərinə əlavə edib: “2015-ci ilədək Azərbaycandan Qətərə yalnız neft-qaz sənayesi sahəsində çalışanlar gedib. Azərbaycanlılar həm şəxsiyyət, həm də peşəkar kimi Qətərdə öz sözlərini deyiblər. Ölkəmizin adı yüksək səviyyədə saxlanılıb. Bizim icmamızın yaradılmasında məqsəd soydaşlarımızın bir yerə gətirilməsi və bir-birilərinə dəstək olmasıdır. Biz bir ailə kimiyik. Kədərli, xoş işlərdə birlikdəyik və çox səmimi icmamız var”.

Qeyd edək ki, DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Sabahın hava proqnozu: Leysan xarakterli yağış yağacaq, şimşək çaxacaq
  2. CAR-da ağır qəza: Çox sayda ölən və yaralanan var
  3. Daşkəsəndə arvadını balta ilə qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi başlanıb
  4. Bakıda ailə üzvlərini önə verərək polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib
  5. Şabranda evə basqın olub, ölən və yaralanan var
  6. Ağstafada bəy və gəlin toylarında zəhərləniblər
  7. Tərtərdə 18 yaşlı gənc ehtiyatsızlıqdan ov silahından açılan atəş nəticəsində ölüb - YENİLƏNİB
  8. Abşeronda avtomobillə vurulan 82 yaşlı kişi ağır yaralanıb
  9. Binəqədidə iki nəqliyyat vasitəsi toqquşub, xəsarət alan var
  10. Bakıda yolu keçən kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Şou biznes
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı
Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”