“Türkiyəyə F-16-ların satışı maraqlarımıza uyğundur” - ABŞ
ABŞ administrasiyası hesab edir ki, F-16 qırıcılarının Türkiyəyə potensial satışı milli təhlükəsizlik maraqlarına uyğundur.
“Azadsəs.az” xəbər verir ki, bu barədə “Reuters” Dövlət Departamentinin Konqresə göndərdiyi məktuba istinadən məlumat yayıb.
Bildirilib ki, ABŞ-ın Türkiyə ilə gərgin münasibətlərinə baxmayaraq, onun Ukrayna ilə müdafiə əlaqələri regionda zərərli təsirlərə qarşı mühüm maneə kimi tanınır.
Məktubda F-16 qırıcılarının mümkün satışına dair heç bir zəmanət və ya müddət göstərilməsə də, Vaşinqton hesab edir ki, NATO-nun maraqları və milli təhlükəsizliyi, digər məsələlərlə yanaşı, ABŞ və Türkiyə arasında müdafiə ticarəti əlaqələri də dəstəklənir.