Главная > Siyasət / Manset > “Türkiyəyə F-16-ların satışı maraqlarımıza uyğundur” - ABŞ
“Türkiyəyə F-16-ların satışı maraqlarımıza uyğundur” - ABŞ7-04-2022, 09:21. Разместил: admin |
ABŞ administrasiyası hesab edir ki, F-16 qırıcılarının Türkiyəyə potensial satışı milli təhlükəsizlik maraqlarına uyğundur. “Azadsəs.az” xəbər verir ki, bu barədə “Reuters” Dövlət Departamentinin Konqresə göndərdiyi məktuba istinadən məlumat yayıb. Bildirilib ki, ABŞ-ın Türkiyə ilə gərgin münasibətlərinə baxmayaraq, onun Ukrayna ilə müdafiə əlaqələri regionda zərərli təsirlərə qarşı mühüm maneə kimi tanınır. Məktubda F-16 qırıcılarının mümkün satışına dair heç bir zəmanət və ya müddət göstərilməsə də, Vaşinqton hesab edir ki, NATO-nun maraqları və milli təhlükəsizliyi, digər məsələlərlə yanaşı, ABŞ və Türkiyə arasında müdafiə ticarəti əlaqələri də dəstəklənir. Вернуться назад |