Ukraynanın təklifləri Putinə çatdırılacaq
“Rusiya razılaşmanın şərtlərinə dair Ukraynanın təklifini nəzərdən keçirəcək və bu barədə Prezident Vladimir Putinə məlumat veriləcək”.
“Azadsəs.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın Ukrayna ilə danışıqlarda iştirak edən nümayəndə heyətinin rəhbəri, Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski deyib.
“Danışıqlar konstruktiv keçdi. Nəzərdən keçirmək üçün Ukrayna tərəfinin təkliflərini qəbul etdik. Bu təkliflər yaxın zamanlarda nəzərdən keçiriləcək, Prezidentə bu barədə məlumat veriləcək və bizim müvafiq cavabımız təqdim olunacaq”, - deyə Medinski söyləyib.