Makron Putini təcili atəşkəsə çağırdı
Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makronun telefon danışığı olub.
“Azadsəs.az” xəbər verir ki, bu barədə kremlin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, prezidentlər Ukrayna ətrafında vəziyyətin bütün aspektləri üzrə ciddi və hərtərəfli fikir mübadiləsi aparıblar.
“Fransa tərəfinin təşəbbüsü ilə baş tutan uzun telefon danışığı zamanı Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron Ukrayna ətrafındakı vəziyyətin bütün aspektləri üzrə ciddi və hərtərəfli fikir mübadiləsi aparıblar”, - məlumatda deyilir.
Makron beynəlxalq ictimaiyyətin Ukraynaya hücumun dayandırılması tələbini Putinə çatdırıb və dərhal atəşkəsin həyata keçirilməsinin vacibliyini bildirib.
Görüş zamanı Emmanuel Makron Putindən mülki əhaliyə və yaşayış məntəqələrinə hücumları dayandırmağı, bütün mülki infrastrukturu mühafizə etməyi və yolların, xüsusən də Ukraynanın paytaxtı Kiyevin cənubundakı avtomobil yolunun təhlükəsizliyini təmin etməyi xahiş edib.
Putin bu üç məsələ ilə “məşğul olmaq iradəsini” ifadə edib.
Görüş zamanı beynəlxalq humanitar hüquqa hörmət edilməsini, mülki əhalinin qorunmasını və humanitar yardımların göstərilməsini tələb edən Makron Putinə yaxın günlərdə də əlaqə saxlamağı təklif edib. Putin də bu təklifi qəbul edib.