Baydenlə Zelenski telefonla danışdı
ABŞ Prezidenti Co Baydenlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
“Azadsəs.az” xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Bildirilib ki, söhbət zamanı Bayden “Visa” və Mstercard”ın Rusiyada xidmətləri dayandırması qərarından məmnunluğunu ifadə edib.
Qeyd olunub ki, Bayden ABŞ və müttəfiqlərinin Ukraynadakı təcavüzün Rusiyaya baha başa gəlməsi üçün fəaliyyətlərini davam etdirdiyini vurğulayıb.
Söhbətdə Bayden administrasiyasının Ukraynaya təhlükəsizlik, humanitar və iqtisadi yardımı artırdığı və əlavə maliyyə təmin etmək üçün Konqreslə işlədiyi qeyd edilib.
Zelenski də telefon söhbəti barədə Tviter hesabında paylaşım edib.
O bildirib ki, söhbətin gündəliyinə təhlükəsizlik, Ukraynaya maliyyə dəstəyi və Rusiyaya qarşı sanksiyaların davam etdirilməsi məsələləri daxil edilib.