“Azərbaycan və Ermənistan liderləri regionda sülhün tərəfdarıdır”
- 28-12-2021, 09:26
- Siyasət
“Azərbaycan və Ermənistan liderləri regionda sülhün bərqərar olmasında maraqlıdırlar”.
“Azadsəs.az” xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib.
“İmedi” telekanalının qonağı olan hökumət başçısı bildirib ki, regionda vəziyyətdən istifadə etmək üçün əla imkan var:
“Bunu deməyimin səbəbi Azərbaycan və Ermənistan liderlərinin mövqeyidir. Hər ikisi regionda sülhün tərəfdarıdır. Əgər biz üç ölkə arasında belə uğur əldə etsək (humanitar sazişin imzalanması), bu, Azərbaycana, Ermənistana, Gürcüstana və bütün regiona kömək edəcək”.
Baş nazir həmçinin qeyd edib ki, Gürcüstan Cənubi Qafqazda həmişə düzgün mövqe tutub.
“Düşünürəm ki, bizim unikal şansımız var. Şəxsən mən Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla çox isti münasibətlər qurmuşam”, - deyə Gürcüstan hökumətinin başçısı vurğulayıb.