Rusiya Prezidenti: “Qarabağda vəziyyət sabitdir, artıq 48 min məcburi köçkün geri qayıdıb”
- 11-01-2021, 16:20
- Siyasət
Rusiya prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyana Qarabağ üzrə nizamlanmanın əsas istiqamətləri ilə bağlı yeni addımları müzakirə etməyi təklif edib.
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bunu Kremldə keçirilən üçtərəfli görüşdə çıxışında Rusiya prezidenti Vladimir Putin bildirib.
V. Putin deyib ki, Qarabağ üzrə razılaşma ardıcıllıqla icra olunur, bu da münaqişənin ədalətli həllinə zəmin yaradır: “Bu gün biz məmnunluqla qeyd edə bilərik ki, üçtərəfli bəyanat ardıcıllıqla həyata keçirilir. Əminik ki, bu, münaqişənin uzunmüddətli və tamformatlı, Azərbaycan və erməni xalqlarının maraqlarına uyğun ədalətli həllinə zəmin yaradır”.
Rusiya Prezidenti Dağlıq Qarabağda vəziyyətin sakit olduğunu, artıq 48 min məcburi köçkünün geri qayıtdığını diqqətə çatdırıb.
V. Putin bildirib ki, bu gün ötən ilin 9 noyabr tarixli birgə bəyanatdan irəli gələn nizamlanmanın əsas istiqamətləri üzrə növbəti addımların atılmasını qeyd etmək vacib olardı: “Rusiya sülhməramlıları kontingentin fəaliyyəti, demarkasiya xətlərinin dəqiqləşdirilməsi, humanitar problemlərin həlli və mədəni obyektlərin mühafizəsini nəzərdə tuturam”.
Rusiya lideri qeyd edib ki, regionda iqtisadi, ticarət və nəqliyyat əlaqələrinin bərpa olunmasına, sərhədlərin açılmasına xüsusi diqqət yetirilməlidir. “Nəzərdə tutulur ki, Rusiya, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinlərinin sədrliyi altında üçtərəfli xüsusi işçi qrup bu məsələlərlə məşğul olacaq”, - deyə V. Putin vurğulayıb.
Rusiya Prezidenti danışıqların işgüzar vəziyyətdə keçəcəyinə və regionda möhkəm sülhün, təhlükəsizliyin və ardıcıl sosial iqtisadi inkişafın təmin olunmasına xidmət edəcəyinə ümid etdiyini bildirib: “Biz hamımız sözsüz ki, bunda maraqlıyıq”.