Zalkaliani azərbaycanlı və erməni həmkarı ilə görüşdü
Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani Brüsseldə azərbaycanlı həmkarı Ceyhun Bayramov və erməni həmkarı Ararat Mirzoyanla görüşüb.
“Azadsəs.az” gürcü mediasına istinadən xəbər verir ki, görüş zamanı tərəflər regiondakı vəziyyəti müzakirə ediblər.
Zalkaliani regionda sabitliyin və sülhün möhkəmləndirilməsinin, qonşu ölkələr arasında gərgin vəziyyətin azaldılmasının vacibliyini qeyd edib.
O bildirib ki, Tbilisi gələcəkdə regionda uzunmüddətli sülhün və sabitliyin bərqərar olması üçün hər cür səy göstərməyə hazırdır.