Soçi görüşündən nəticə çıxmasa, “Dəmir yumruq” işə düşə bilər – ŞƏRH
Soçidə bu gün keçiriləcək üçtərəfli görüşə Azərbaycan və Rusiya prezidentləri (İlham Əliyev və Vladimir Putin) dövlət maraqlarını uzlaşdıraraq, Ermənistanın baş naziri Nikol Paşinyan isə özünü bu çərçivələrdən kənar tutaraq dəcəllik edən və dərsini aldıqdan sonra boynubükük vəziyyətə düşən uşaq kimi gedir.
Nikol Paşinyan Soçi görüşü öncəsi sülh müqaviləsinin imzalanmasına zərbə vuran dağıdıcı tezislərlə çıxış etmişdi. Paşinyanın psixoloji portretini nəzərə alaraq burada iki versiya səsləndirmək mümkündür:
1. Paşinyan əslində daxili auditoriyanın emosiyalarının öləziməsi üçün sakitləşdirici həb rolunu üzərinə götürür,
2. Bu çıxışları ilə Azərbaycan və Rusiyanı Qərbin hədəfinə gətirmək istəyir.
“Paşinyan prinsipiallıq nümayiş etdirir və meydan oxuyur” kimi tezisləri isə bu kontekstdə versiya kimi səsləndirmək özü belə yanlışdır, axı bunun üçün Ermənistanda heç bir potensial yoxdur.
İndi Nikol Paşinyanın bu ilin noyabrın 9-da gözlənilən üçtərəfli görüşdən imtinasında daha bir səbəb axtara bilərik:
1. İlham Əliyevlə Vladimir Putin tərəfindən növbəti üçtərəfli bəyanatın mətni hazırlanmışdı,
2. Nikol Paşinyanın görüşdən imtina etməsində növbəti təslimçi akta imza atmamaq səbəbi dayanıb.
Paşinyan belə davranışı ilə Vladimir Putinə və Rusiyanın vasitəçilik missiyasına hörmətsizlik nümayiş etdirdi, danışıqları Moskvanın razılığı olmadan Qərb platformalarına daşımaq cəhdini ortaya qoydu.
Paşinyanın Qarabağla və Zəngəzur dəhlizi ilə bağlı danışıqların mahiyyətinə zərbə vuran destruktiv tezislərinin mahiyyətində də ikili oyun oynaması dayanır.
Soçi görüşü isə Paşinyana növbəti dəfə şans təqdim edir: Ya xoşluqla sülhyaratma prosesinə töhfə verəcək, ya da...
Bəli, burada üç nöqtə ilə pauza vermək lazım idi. Çünki bir il öncəyə ekskurs etmək lazımdır.
Azərbaycan “Dəmir yumruq” əməliyyatı ilə Ermənistanı müharibə meydanında darmadağın etdi, Bakının qazandığı böyük üstünlüklər İrəvan üzərində də güclü siyasi təsir rıçaqları yaratdı.
İndi Paşinyan Ermənistanın müharibənin nəticə olan itkilərindən dərs çıxarmasa, başında ikinci “Dəmir yumruq” əməliyyatını görəcək.
“Dəmir yumruğ”un aktuallaşmasının səbəblərindən biri də odur ki, küncə sıxışdırılan Paşinyanın erməni cəmiyyətinin gözünə kül üfürmək xatirinə olsa belə hərbi təxribatlara və siyasi avantüralara gedəcəyi istisna deyil.
Qısası, Soçi görüşü nəticəsiz qalsa, Azərbaycan güclü əlinin cüzi bir hissəsi ilə Ermənistana növbəti dərs verəcək.
İndi seçim Paşinyanındır...