Paşinyan Soçi görüşü öncəsi blef edir – Yalanlarının mahiyyətində gizlənənlər: - TƏHLİL
Noyabrın 26-da Soçidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək.
Görüş dekabrın 15-də keçiriləcək İlham Əliyevlə Nikol Paşinyanın Brüssel danışıqlarına müqəddimənin hazırlanmasıdır, çünki müharibə bitdikdən sonra onlar yalnız Moskvanın təşəbbüsü ilə görüşüblər.
Rusiya indi təşəbbüskarlığını əldən verən təəssüratların yaranmasına belə qarşı çıxır.
Görüşdən əvvəl Nikol Paşinyan çıxışlarına forma baxımından aqressiv ton verməyə çalışsa da, məsələnin məzmununda Ermənistanın Azərbaycan qarşısında növbəti güzəştlərə gedəcəyinin anonsu dayanır.
Bir sözlə, Paşinyan blef edir. Paşinyan gerçəkliyi müxtəlif epitetlər altında gizlətməyə çalışsa da, əvvəlki bəyanatlarının reallıqla tərs mütənasiblik təşkil etməsi onun yenə də blefə əl atdığını göstərir.
Nikol Paşinyan deyib ki, Zəngəzur dəhlizi olmayacaq...
Onun növbəti dəfə yalanlar müəllifinə çevrildiyini bənd-bənd izahını verək:
1. Azərbaycan və Türkiyə Zəngəzur dəhlizinin açılması üçün beynəlxalq güclərin səylərini regiona inteqrasiya etməyi bacarıb, yeni dünya düzənində Zəngəzur dəhlizinin açılması qaçılmaz şəkil alır.
Zəngəzur dəhlizi Rusiyaya, Türkiyəyə, Çinə, Avropaya faydalar gətirən platforma rolunu oynayacaq.
Cənubi Qafqazda Azərbaycanın yeni dünya nizamında öz çəkisini artırmağa çalışan Britaniya ilə də prioritetləri üst-üstə düşür. Britaniya amilini ona görə ayrıca qeyd etdik ki, London “Brexit”dən sonra üzünü Asiya məkanına tutub və burada yeni güc formalaşdırmağı planlayır və bu məsələdə Azərbaycan və Türkiyə ilə maraqlarını uzlaşdırır.
Bəs belə bir konfiqurasiyada Ermənistan proseslərə müdaxilə etmək imkanlarını əlində saxlayan resurslara sahibdirmi? Təbii ki, xeyr.
2. Zəngəzur dəhlizinin açılması üçün Azərbaycan postmüharibə dövründə sərhəd zonasında strateji yüksəkliklərə yiyələnib. Bu, Bakının hərbi strategiyasının ümumi dövlət maraqlarının təmin edilməsinə hesablanmış uyğunlaşdırmadır.
3. Azərbaycan dəhlizin açılması üçün infrastruktur layihələrinə başlayıb, bu, məsələnin iqtisadi tərəfidir, İrəvan isə qeyri-adekvatlıq nümayiş etdirdikcə, Bakı “hücum iqtisadiyyatı” modelini tətbiq edərək Ermənistan üçün əlavə iqtisadi böhran yaradan mexanizmlərini işə salır.
Azərbaycanın Gorus-Qafan yolundakı və Qafan-Çakaten yolunda qurduğu postlar Ermənistan iqtisadiyyatı ətrafındakı mühasirəni daraldır.
4. Türkiyə Ermənistanla münasibətlərin normallaşması üçün İrəvana şərtlər qoyur: Birinci şərt budur ki, revanşist duyğulardan əl çəksin və Azərbaycanın ərazi bütövlüyünü tanısın.
İkinci şərt isə budur ki, Zəngəzur dəhlizinin açılması prosesini çətinləşdirən faktora çevrilməsin.
Elə Paşinyan özü də noyabrın 23-də etdiyi çıxışında özünü ziddiyyətin içərisinə salıb, dəhliz olmayacağını deməməsi fonunda başqa bir açıqlama verməsi diqqət çəkir: Paşinyan qeyd edir ki, Avropa, Rusiya və İranla dəmir yolu Ermənistan üçün böyük üstünlük olacaq, bunun İrəvan üçün sərfəli olmadığı barədə iddialar absurddur.
Bəs hansı marşrut Ermənistanın bu istəyini gerçəkləşdirən səbəbə çevrilər? Təbii ki, ən münbit platforma Zəngəzur dəhlizidir, bu koridor İrəvana dəmir yolu layihələri üçün sərfəli və unikal imkanlar təqdim edir.
Nikol Paşinyanın dilindən çıxardığı sözlərlə əslində erməni cəmiyyətini yeni itkilərə hazırlayan zəmin yaradır.
Çünki Nikol Paşinyan başa düşür ki, İlham Əliyev dediyini edir – ya hərb yolu ilə, ya da ki diplomatik təmaslarla.
İlham Əliyev bu ilin aprelində “Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi açılacaq” bəyanatını səsləndirmişdi, may ayından etibarən isə sərhəddə, o cümlədən Naxçıvanda möhkəmlənmə işlərinə start verildi və proses bu gün də davam edir.
Belə olan təqdirdə, Paşinyan nəyə, kimə, hansı resurslarla, hansı səbəblərlə etiraz edir öz “gücünü” göstərir?
Burada bir versiya da önə çıxır ki, Paşinyan belə çıxışlar etməklə hələ də hansısa dövlətdən yardım umduğunu dilə gətirir, ancaq bu da hədərdir.
Digər bir məqama da diqqət etmək zərurəti yaranır, söhbət ondan gedir ki, sərhədlərin müyyənləşməsində Kreml Azərbaycana dəstək verir və Ermənistana təzyiq üçün yeni alətləri işə salır.
Noyabrın 9-da gözlənilən görüşdən imtina edən Paşinyana cavab ağır oldu, bunu baş nazir özü də etiraf edib.
Azərbaycanın, Türkiyənin, Rusiyanın diktələri altında əzilən Paşinyan hökuməti Soçi-Brüssel xəttində özünə haqq qazandıran yalanlara müraciət edir.
Proseslərin gedişatı sülh müqaviləsinin imzalanmasına gətirib çıxaracaq, Bakının isə şərti sadədir: Ərazi bütövlüyümü tanı!
Paşinyan bunu yaxşı dərk edir, Soçi görüşündə hər hansı sənədin imzalanmaması ehtimalından yanaşsaq belə, deyə bilərik ki, həmin danışıqlarda diktələr əsasında şifahi formada razılaşmalar olacaq...