Azərbaycanın prioritetlərindən biri işğal bitdikdən sonra İƏT-lə əməkdaşlığı genişləndirməkdir - ŞƏRH
- 17-06-2021, 17:22
- Siyasət
Bu il Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzvlüyünün 30-cu ildönümüdür.
Azərbaycan 1991-ci ilin dekabrında öz müstəqilliyini bərpa etdikdən sonra İslam Əməkdaşlıq Təşkilatının üzvü olub. Bu baxımdan İƏT ölkənin daxil olduğu ilk beynəlxalq təşkilat da sayılır. Yeri gəlmişkən, İslam Əməkdaşlıq Təşkilatı 1969-cu ildə müsəlman ölkələri arasında həmrəyliyin və əməkdaşlığın gücləndirilməsi, İslam dəyərlərinin və irsinin qorunması məqsədilə təsis edilib (2011-ci ilədək İslam Konfransı Təşkilatı adlandırılıb). Təşkilatın 57 üzvü var. Baş qərargahı Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşir. Təşkilat BMT yanında müşahidəçi statusa malikdir. Təşkilatın fəaliyyət istiqamətləri üzrə siyasi qərarlar üç ildən bir keçirilən Zirvə görüşündə verilir. Hər il keçirilən İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri konfranslarının Zirvə görüşündə qəbul edilmiş qərarların icrası nəzərdən keçirilir. Təşkilatın icraedici orqanı Baş Katiblikdir. Baş Katibliyə üzv dövlətlər tərəfindən beş illik müddətə seçilən Baş katib rəhbərlik edir. 2016-cı ildən İƏT-in Baş katibi Yusif bin Əhməd Əl-Oseymindir (Səudiyyə Ərəbistanı).
Azərbaycan müstəqilliyini bərpa etdiyi vaxtdan təşkilatla sıx əməkdaşlıq edir. Təşkilat bütün tədbirlərində Ermənistanın işğalını pisləyib, öz qəti mövqeyini bildirib. İƏT Ermənistanın hərbi təcavüzü ilə bağlı Azərbaycanın ədalətli mövqeyinə birmənalı və ardıcıl şəkildə dəstək verib. Ötən dövr ərzində respublikanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən 80-dən artıq qətnamə qəbul etməsi, 2016-cı ildə Təmas Qrupu təsis etməsi buna sübutdur. Təmas Qrupuna 8 ölkə - Türkiyə Respublikası, Mərakeş Krallığı, Səudiyyə Ərəbistanı Krallığı, Pakistan İslam Respublikası, Malayziya, Qambiya İslam Respublikası, Cibuti Respublikası, Somali Respublikası daxildir. Xatırladaq ki, 2016-cı ilin aprel ayında “Ədalət və sülh naminə birlik və həmrəylik” şüarı altında İstanbul şəhərində keçirilmiş 13-cü İslam Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edib. Tədbirin Yekun Kommünikesində Ermənistanın ölkəmizə qarşı təcavüzü, 2016-cı ilin aprel ayının əvvəlində işğalçı ölkə tərəfindən gərginliyin qəsdən artırılması öz əksini tapıb.
İƏT-ə üzv olan dövlətlər, xüsusilə Türkiyə, Pakistan və Əfqanıstan 44 günlük müharibədə Azərbaycanın ədalətli mövqeyini mənəvi-siyasi cəhətdən dəstəkləyib. 2020-ci il sentyabrın 28-də Əfqanıstan Xarici İşlər Nazirliyi yaydığı bəyanatda vurğulayıb: “Dağlıq Qarabağ regionu beynəlxalq aləmdə Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Əfqanıstan Dağlıq Qarabağın işğalına son qoyulmasını tələb edir, Azərbaycan xalqının, Azərbaycan hökumətinin və dünyanın digər ölkələrinin bununla əlaqədar səylərini dəstəkləyir”.
Pakistan Xarici İşlər Nazirliyi 2020-ci il sentyabrın 27-də yaydığı bəyanatda Azərbaycanın haqlı mövqeyini müdafiə edən bəyanat verib: “Erməni silahlı qüvvələrinin sentyabrın 27-də Azərbaycanın Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının kəndlərinin mülki əhalisini intensiv atəşə tutmasını qınayırıq və bu, növbəti təxribatdır. Bu, bütün bölgənin sülh və təhlükəsizliyi üçün ciddi təhdiddir. Pakistan qardaş Azərbaycan xalqının yanındadır və onun ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı olan qətnamələrinə əsaslanan mövqeyini dəstəkləyirik”.
Azərbaycanın qələbəsi ilə bağlı Pakistanın baş naziri İmran Xan bildirib: “Mən Azərbaycanın işğal olunmuş ərazilərinin müvəffəqiyyətlə azad edilməsi münasibətilə Prezident İlham Əliyevi xüsusilə təbrik etmək istəyirəm”.
Türkiyənin bütün dövlət rəsmiləri Azərbaycanla bağlı çıxışlarında Qarabağın azad edilməsini tələb edib, işğalın başa çatması istiqamətində həmişə Azərbaycanın yanında olduqlarını vurğulayıblar. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsində qələbəni “dastanlara yazılacaq bir qələbə” adlandırıb, Əfqanıstan Prezidenti Əşrəf Qəni isə belə münasibət bildirib: “Atanız sağ olsaydı, sizinlə fəxr edərdi”.
İşğaldan sonra İƏT-ə üzv dövlətlərin rəsmiləri Qarabağ səfər edib, erməni vəhşiliklərinin şahidi olublar. İşğaldan azad olunmuş bölgələrə səfərin yekunlarına dair keçirilən mətbuat konfransında İƏT Baş katibinin İqtisadi məsələlər üzrə köməkçisi Əhməd Kavrsa Sengendo deyib: “İƏT-ə üzv ölkələr Qarabağ məsələsində Azərbaycanın mövqeyini daima müdafiə edib. Bu, təkcə din birliyi ilə bağlı deyil, eyni zamanda Azərbaycanın haqlı mövqeyindən irəli gəlir. Azərbaycana dəstəyimiz bundan sonra da davam edəcək. İşğaldan azad olunan ərazilərə səfərimiz zamanı erməni vandalizminin şahidi olduq. Onlar bütün yaşayış məskənlərini yer üzündən silməyə çalışıblar. Bu, çox kədərlidir. Oradakı məscidlərdə donuz saxlanılıb, məzarlıqlar dağıdılıb. Çox şadıq ki, hazırda Qarabağ işğaldan azad edilib, Azərbaycan hökuməti o bölgələrdə yenidənqurma işləri aparacaq, keçmiş məcburi köçkünlər öz torpaqlarına qayıda biləcək”.
İƏT-ə üzv dövlətlər Azərbaycanla bağlı çox nikbin fikirlər səsləndirirlər. Təşkilata üzv dövlətlərin liderlərinin qələbə münasibətilə Prezident İlham Əliyevi təbrik etmələri buna bariz nümunə sayıla bilər. Azərbaycan azad edilmiş torpaqlarda da İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə əməkdaşlıq etmək istəyini bəyan edir. Prezident İlham Əliyev iyunun 16-da İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə onlayn formatda keçirilən ikinci Zirvə toplantısında çıxışı zamanı deyib: “Mən işğaldan azad olunmuş bütün əraziləri yaşıl enerji zonası elan etmişəm. Biz bərpa və yenidənqurma işlərində ən müasir və innovativ texnologiyalardan istifadə edəcəyik. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları tətbiq olunacaq. Biz qardaş İƏT dövlətlərindən olan şirkətlərin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yenidənqurma prosesində iştirakını görmək istərdik”.
Beləliklə, Azərbaycan müstəqilliyini bərpa etdiyi vaxtdan əməkdaşlığa üstünlük verib. Bu baxımdan rəsmi Bakı başqa beynəlxalq təşkilatlar kimi İƏT-ə üzv dövlətlərlə əlaqələri genişləndirməyi, işğalın acı nəticələrinin aradan qaldırılmasında əməkdaşlığı prioritet sayır.