azadses.az » Cəmiyyət » Azərbaycan beynəlxalq arenada

Azərbaycan beynəlxalq arenada


1991-ci il 18 oktyabr tarixində Azərbaycan XX əsrin ikinci böyük müstəqilliyini qazandı. Regionda əlverişli, strateji mövqeyinə görə  hər zaman rəğbətlə qarşılanan,  səmimiyyəti və etibarlılığı ilə hər zaman etiraf edilən beynəlxalq əhəmiyyətli bir dövlətə çevrildi.
Müstəqilliyi öncə 1991-ci il noyabrın  9-da Türkiyə,sonrakı mərhələlərdə isə Rumıniya, Pakistan, İsveçrə,İran və digər dövlətlər tərəfindən tanındı. İslam Konfransı Təşkilatının (1991), İqtisadi Əməkdaşlıq Təşkilatının (1992-ci il  fevral ), BMT-nin(1992-ci il 2 mart), Türksoyun (1993),  MDB-nin (1993-cü il  sentyabr), GUAM təşkilatının (1997) və nəhayət, Avropa Şurasının  (2001-ci il yanvar) etibarlı üzvünə çevrildi. Bu beynəlxalq və regional təşkilatların içərisində Avropa Şurasını xüsusi qeyd etmək lazımdır. Avropa Şurasının   tam hüquqlu üzvünə  çevrilən dövlətimizin  milli lideri H.Əliyev 2001-ci ilin payızında Avropa Şurasının Parlament Assambleyasının  iclasında AŞPA  tərəfindən milli münaqişələrin həll olunması üçün tədbirlərin görülməsini  tələb etdikdən sonra Azərbaycanın ərazi bütövlüyünü  təsdiq edən sənəd qəbul edildi.
           2003-cü ilin yanvarında ümummilli lider Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev       AŞPA – nın vitse- prezidenti və büro üzvü seçildi. Bu, Azərbaycan dövlətçiliyinə haqq səsini ucaltmağa və beynəlxalq müstəvidə öz hüquqlarını qorumağa daha da geniş imkanlar yaratdı. Azərbaycanın ərazi bütövlüyü Gürcüstan,Moldova, Ukrayna, Pakistan, Türkiyə tərəfindən yalnız tanınmaqla qalmadı, ölkəmizin apardığı 44 günlük 2-ci Qarabağ müharibəsində ölkəmizin həmin dövlətlər tərəfindən tam dəstəkləməsi də beynəlxalq dövlətlərin nəzərindən yayınmadı.
          Azərbaycan Cənubi Qafqazın ən sabit və ən güclü dövləti olaraq  öz liderliyini qoruyub saxlamaqdadır.
XX əsrin sonlarında Azərbaycan “Əsrin müqaviləsini” imzalamaqla yeni neft strategiyasının əsasını qoydu. Bu müqavilə  ilə dünyanın 7 nəhəng  ölkəsi-ABŞ, Böyük Britaniya, Rusiya,                                Türkiyə, Norveç, Yaponiya, Səudiyyə Ərəbistanı Azərbaycana böyük sərmayələr  qoydu. 2013-cü ilin dekabrında Azərbaycanın təbii qazının Avropaya böyük həcmdə çıxarılması üçün İlham Əliyev böyük bir layihəyə imza atdı. Bu XXI əsrin müqaviləsi kimi tarixə düşdü. Bu sənədlə Trans Anadolu (TANAP), Trans – Adriatik (TAP)  qaz kəmərinin tikintisi reallığa çevrildi.
Bu gün nəticə göz önündədir.Azərbaycan , Avropa və qonşu  dövlətləri qazla təchiz edən iqtisadiyyatı günü-gündən güclənən lider ölkəyə çevrilib. Əminik ki, Cənubi Qafqazın  bu lider dövlətinin  başçısı İ.Əliyevin apardığı uğurlu  siyasət  nəticəsində dövlətimiz bütün müttəfiqlərinin  ən etibarı tərəfdaşı kimi bütün dünyaya səs salacaqdır.

 
   Bakı şəhəri, A.Rəhimov adına 247 nömrəli tam orta məktəbin direktoru Nihal Hacıyeva
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. CAR-da ağır qəza: Çox sayda ölən və yaralanan var
  2. Daşkəsəndə arvadını balta ilə qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi başlanıb
  3. Bakıda ailə üzvlərini önə verərək polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib
  4. Şabranda evə basqın olub, ölən və yaralanan var
  5. Ağstafada bəy və gəlin toylarında zəhərləniblər
  6. Tərtərdə 18 yaşlı gənc ehtiyatsızlıqdan ov silahından açılan atəş nəticəsində ölüb - YENİLƏNİB
  7. Abşeronda avtomobillə vurulan 82 yaşlı kişi ağır yaralanıb
  8. Binəqədidə iki nəqliyyat vasitəsi toqquşub, xəsarət alan var
  9. Bakıda yolu keçən kişini avtomobil vurub
  10. Yevlaxda 7 yaşlı uşaq yol qəzasında xəsarət alıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Şou biznes
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı
Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”