Almaniyada müsəlmanlara qarşı cinayətlər artır
- 9-02-2021, 08:37
- Dünya
Almaniyada müsəlmanlara nifrət zəminində cinayətlərin sayı ötən ilin müqayisədə 2 faiz artıb.
''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, bu barədə “Osnabrücker Zeitung” qəzeti Almaniyanın Daxili İşlər Nazirliyinə istinadən yazıb.
Qeyd edilir ki, 2020-ci ildə müsəlmanlara və islam abidələrinə azı 901 hücum edilib. Hadisələrdən 7-i məscidlər ərazisində provokasiyalardan ibarət olub.
Hücumların çox hissəsi ultrasağ qruplaşmaların üzvləri tərəfindən təşkil olunub. Nəticədə 48 insan xəsarət alıb.
Almaniyada 2019-cu ildə müsəlmanlara, islam icmalarına və müsəlman şirkətlərinə 884 hücum təşkil edilib.