Ruslar Ağdərəyə tərəf istiqamətləndi: 15 minə yaxın...
- 11-02-2021, 13:08
- Siyasət
Rusiya Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri Dağlıq Qarabağda humanitar missiyalarını davam etdirir.
''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, nazirliyin əməkdaşları keçmiş Ağdərə rayonu bölgəsində 425 hektardan çox ərazini partlayıcı maddələrdən təmizləməyə başlayıb.
Xocavənd rayonunda təmizlik işlərini başa çatdıran qruplar burada təxminən 1 ay ərzində 160 hektardan çox ərazini araşdırıb, 600-ə yaxın silah-sursat tapıb. Bunlar arasında top mərmiləri, tank əleyhinə və piyadaya qarşı mina, hava bombaları, 85 müxtəlif sursat və müxtəlif çaplı patron, “Qrad” və “Smerç” raketlərinin parçaları var.
Dağlıq Qarabağda aparılan araşdırma zamanı, ümumilikdə, 250 hektardan çox ərazi yoxlanılıb, təxminən 15,4 min sursat tapılaraq zərərsizləşdirilib.