Qarabağda uçan PUA-lar nəyə xidmət edir? - Polkovnikdən AÇIQLAMA
- 6-02-2021, 11:09
- Siyasət
Dağlıq Qarabağda atəşkəsə nəzarət və monitorinq üçün qurulan Rusiya-Türkiyə Birgə Mərkəzi öz işini davam etdirir.
''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, Rusiya və Türkiyə hərbçiləri tərəfindən vəziyyətin birgə izlənməsi zamanı bölgədə atəşkəs rejiminin pozulması qeydə alınmayıb.
Bu barədə Mərkəzin nümayəndəsi polkovnik Mixail Zavalkin bildirib: “Vəziyyətin monitorinqi pilotsuz uçuş aparatları, xüsusilə, “Forpost” və “Orlan-10” PUA komplekslərinin köməyi ilə gecə-gündüz aparılır. Atəşkəs pozuntuları qeydə alınmayıb”.
Onun sözlərinə görə, Birgə Mərkəzin hərbi qulluqçuları daimi olaraq pilotsuz uçuş aparatları vasitəsilə idarəetmə mərkəzinə görüntülər ötürür, burada bütün hərbi texnikaların hərəkətləri, şəxsi heyət təhlil olunur və tərəflərin təmas xəttində pozuntularına dair bütün faktlar qeyd edilir.
Birgə Mərkəzin növbətçiləri əldə olunmuş razılaşmaların pozulub-pozulmaması barədə məlumatları toplayır, ümumiləşdirir və yoxlayır, Dağlıq Qarabağ münaqişəsi tərəflərinin əldə olunmuş razılaşmalara əməl edib-etməməsi ilə bağlı məsələlər və ya problemlərlə bağlı şikayətlərə baxır.