azadses.az » Siyasət » Türk general Qarabağla bağlı SENSASİON DETALLARI AÇDI: Xocalı, Xankəndi və Xocavənd...

Türk general Qarabağla bağlı SENSASİON DETALLARI AÇDI: Xocalı, Xankəndi və Xocavənd...

Dağlıq Qarabağda atəşkəsə nəzarət və monitorinq üçün yaradılan Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi 30 yanvar etibarilə fəaliyyətə başladı. Bu, həm bölgə, həm də dünya üçün Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması məsuliyyətinin 2 ölkənin üzərinə götürməsi deməkdir. Təbii ki, Azərbaycan üçün də sülhməramlıların fəaliyyətlərinə sadəcə Rusiya tərəfindən deyil, Türkiyə tərəfindən müşahidə və nəzarət edilməsi önəmlidir.

Bu sözləri Publika.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.

Generalın sözlərinə görə, mərkəz çərçivəsində atəşkəsin pozulması və terror fəaliyyətlərinə dərhal reaksiya verilərək əngəllənməsi, meydana gələn təxribatların genişlənmədən qarşısının alınması istiqamətində Türkiyə və Rusiya birgə fəaliyyət göstərəcək: “Mərkəzin fəaliyyəti pilotsuz uçuş aparatları, rabitə, müşahidə və kəşfiyyat vasitələri ilə dəstəklənəcək. Bu fəaliyyət rus sülhməramlılarının yerləşdikləri bölgələr və Azərbaycan vətəndaşlığını qəbul edəcək ermənilərin yaşayış məntəqələrini əhatə edəcək. Əlavə olaraq, bu bölgələrlə əlaqələri təmin edən yollar – Kəlbəcər və Laçın dəhlizinin monitorinqi icra olunacaq. Monitorinq fəaliyyətləri biri türk, biri rus olmaqla, 2 general və hər iki tərəfdən 38 nəfərdən ibarət heyət tərəfindən 7 gün, 24 saat, həm havadan, həm də rabitə vasitələri ilə aparılacaq. Mərkəzin hadisələrə müdaxilə ixtiyarı yoxdur. Onların verdiyi məlumatlar əsasında rus sülhməramlıları təxribatların qarşısını alacaq. Mərkəzin vəzifəsi təsbit və diaqnoz anında hadisələrin qarşısının alınması ilə bağlı tərəflərin informasiya ilə təmini və hər hansı hadisənin reallaşmasının qarşısını almağa töhfə verməkdir. Monitorinq mərkəzi istənilən halda atəşkəsi pozan fəaliyyətləri Azərbaycan, Türkiyə, Rusiya və Ermənistana bildirəcək”.

Y.Karauz xatırladıb ki, Ermənistan bu gün Qazax istiqamətində etdiyi kimi atəşkəsi Azərbaycan Respublikası ərazisində pozarsa, buna Azərbaycan Silahlı Qüvvələri, Rusiya sülhməramlı kontingentinin yerləşdiyi ərazidə pozarsa, buna rus sülhməramlıları cavab verəcək: “30 yanvardan sonrakı fəaliyyətlər bölgə üçün yenidir və bu mərkəz vasitəsilə Türkiyə ilə Rusiya həm bütün bölgəyə, həm də dünyaya Dağlıq Qarabağda, Cənubi Qafqazda sülhün təminatçısı olduğunu göstərməkdə qətiyyətliliyini nümayiş etdirdi. Rusiya və Türkiyənin birgə fəaliyyətindən hər hansı problem yoxdur. Bildiyiniz kimi, daha əvvəl Suriyada birgə monitorinq fəaliyyətləri göstəriblər. Eyni şəkildə Liviyada da birgə işləyiblər. Amma təbii ki, hər ölkənin öz maraqları var, hər kəs bunu gerçəkləşdirməyə çalışır. Bugünkü kimi xırda təxribatlarla yanaşı, bu prosesin davam edəcəyinə inanıram”.

General vurğulayıb ki, Ermənistanın kapitulyasiya imzalamasından sonra görülən işlər və ölkə başçılarının Moskvada Rusiya Prezidentinin vasitəçiliyi ilə apardığı müzakirələr əsnasında qəbul edilən təqvim böyük miqyasda yerinə yetirilib: “Hətta kommunikasiya ilə bağlı birgə işçi qrupu yaradıldı və fəaliyyətinə davam edir. Bu sülh şəraitini həm Ermənistandaxili fiqurlar, həm də oyundankənar ölkələr Ermənistanı təhrik edərək pozmağa cəhd göstərəcəklər. Buna görə də biz sakit qalıb böyük mənzərəni görməliyik. Azərbaycan həm böhran zamanı, həm də 10 noyabr bəyanatından sonra necə hüquq, haqq və ədalət, şəffaflıq koordinasiya və bilgiləndirmə fəaliyyətlərini həyata keçirdisə, eyni şəkildə hüquqların hüdudlarından çıxmadan haqq və mənfəətlərimizi beynəlxalq ictimaiyyətə bildirməliyik”.
Y.Karauz Ermənistanın proseslərdə üzərinə götürməli olduğu rolu barədə də danışıb: “Öncəliklə 3, daha sonra 6 ölkə arasında sülh və sabitliyi təmin etmək həm bölgə ölkələri, həm də qlobal aktorlar tərəfindən təmin olunacaq. Amma ən çox töhfə verməli olan Ermənistandır. Çünki Ermənistanın belə böyük məğlubiyyətdən sonra özünə gəlməsi ən az 20 il vaxt tələb edir”.
Xocalı, Xankəndi kimi bölgələrin Azərbaycanın nəzarətinə verilməməsi məsələsini general belə şərh edib: “Hər razılaşmanın açıq və gizli maddələri ola bilər. 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanat da tələsik ortaya çıxdığı üçün bütün əsaslar orada yazılı olaraq bildirilməyib. Dağlıq Qarabağdakı bəzi bölgələrin Azərbaycana qaytarılması məsələsi həm bəyanatda, həm də Moskva görüşündə yer alıb. Bu mövzu ilə bağlı işləyən təqvim var və hazırda sülhün gecikdirilməməsi üçün bu məsələ gündəmə gətirilmir. Zamanı gələndə həmin bölgələrlə bağlı inkişafın olacağına ümid edirəm. Həmin bölgələr verilsə də, verilməsə də, Azərbaycanın ərazi bütövlüyü çərçivəsindədir və BMT tərəfindən bu şəkildə tanınıb”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  2. Binədə yolu keçən qadını avtomobil vurub
  3. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  4. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  5. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  6. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  7. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  8. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
  9. Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
  10. Pirallahıda 44 yaşlı kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?