Müharibə qaçılmazdır - Ermənistan bu dəfə gözünü İsrailə dikdi
- 29-01-2021, 09:18
- Siyasət
“Müharibə qaçılmazdır, çünki hamı “Qarabağ münaqişəsi”nin hələ də həll olunmadığını başa düşür. Ancaq əvvəlcə erməni qüvvələri hərbi əməliyyatlar aparmaq strategiyasını dəyişdirməlidir”.
''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bunu erməni hərbi ekspert Van Ambartsumyan deyib.
Onun sözlərinə görə, Ermənistan beşinci və ya altıncı nəsil müharibələrin meyarlarına cavab verməyən hərbi konsepsiyasını kökündən dəyişdirməlidir: “Baxmayaraq ki, Azərbaycanın hansı metodlardan və vasitələrdən istifadə edəcəyi əvvəlcədən məlum idi, Ermənistan Qarabağda hərbi əməliyyatlara lazımi dərəcədə hazırlaşmamışdı. Azərbaycan son illər ərzində hazırlaşdığı “təmassız müharibə” konsepsiyasını həyata keçirdi, erməni generalları isə 90-cı illərdə qalmışdılar. Onlar yeni həqiqətlərə hazır deyildi. Bu, Qarabağdakı ilk müharibə sindromudur. Onlar döyüşləri 30 il əvvəlki taktikalarla apardılar. Bu da fəlakətli səhvdir”.
Erməni mütəxəssis bildirib ki, Qarabağdakı son müharibə konsepsiyası NATO əməliyyatlarına bənzərdir. Buna görə əvvəlcə təmassız müharibənin nə olduğunu anlamaq və sonra addım-addım, bütün lazımi vasitələri əldə edərək buna hazırlaşmaq lazımdır.
Ekspert qeyd edib ki, silah tədarükündə Ermənistan, əsasən, Rusiya ilə əməkdaşlıq edir və bunun alternativi yoxdur: “Rusiya Ermənistana başqa ölkələrə ixrac etmədiyi silahları, o cümlədən operativ-taktiki raket sistemləri tədarük edir. Ermənistanın maddi və texniki baxımdan bu gün alternativi yoxdur - xüsusən də Rusiya silah alması üçün Ermənistana kreditlər verdiyindən”.
Ambartsumyan İsrailin təcrübəsinə diqqət yetirməyi tövsiyə edib: “İsrail də Ermənistan kimi məhdud resurslara sahib kiçik dövlətdir və bu ölkənin hərbi konsepsiyasını, dövlətin orduya necə qayğı göstərdiyini, qısa müddətdə ümumi səfərbərliyi necə apardığını təhlil etmək lazımdır. Bütün bunlardan nəticə çıxarmaq və faydalı təcrübə götürmək lazımdır”.