Obama memuarlarında Avropanı təhqir etməkdə ittiham edilir
- 20-12-2020, 11:56
- Dünya
ABŞ-ın keçmiş dövlət başçısı Barak Obama siyasi memuarlarının nəşr olunduğu “Vəd edilmiş torpaq” adlı kitabında Avropa İttifaqını alçaltmaqda və təhqir etməkdə günahlandırılıb.
Bu barədə “Report” “Daily Express” qəzetinə istinadən xəbər verir.
Obama kitabında 2008-ci ildə baş verən maliyyə böhranından sonra Yunanıstanın borclanması Avropanın on illərdir davam edən dərin inteqrasiya yolundakı həll olunmamış gərginliyini ifşa edib.
“Yunan siyasətçilərinin vəziyyətdən çıxış yolu olmaması ölkədəki vəziyyəti daha da ağırlaşdırdı. Çünki Avrozonaya üzv olmaq ölkəni pul siyasəti sahəsində elastikliyindən məhrum edib.
Yunanıstan 2010, 2012 və 2015-ci illərdə Beynəlxalq Valyuta Fondu və Avropa Mərkəzi Bankından maliyyə yardımı istədi. Merkel və Sarkozinin ( Angela Merkel və Nikola Sarkozi – Red) seçiciləri əcnəbiləri iflasdan qurtarmağın məqsədəuyğun olduğuna inandırması tələb edilmişdi. Avrozonanın etibarlılığı pozulub və yara izləri bu gün də görünür”.