Paşinyandan Naxçıvan dəhlizi açıqlaması
- 8-01-2021, 14:53
- Siyasət
Ermənistandan Rusiyaya, Azərbaycandan Naxçıvana gediş-gəliş marşrutları ayrı müzakirə mövzusudur.
''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan özünün feysbuk səhifəsində yazıb.
Hökumət başçısı bu müzakirənin effektivliyinin vacib şərtinin məhkumların, girovların, digər şəxslərin, həmçinin ölülərin cəsədlərinin mübadiləsi və itkin düşənlərin axtarışı ilə bağlı işlərin həcminin və səmərəliliyinin artırılması olduğunu bildirib.
“Üçtərəfli bəyanatın gələcək tətbiqində prioritetimiz aşağıdakılardır:
Bu bəyanatın 8-ci bəndinin tam tətbiqi. Bu səbəbdən əsirlərin, girovların və digər məhbusların, habelə ölülərin cəsədlərinin mübadiləsi tamamlanmalıdır. Bundan əlavə, döyüş bölgəsində geniş axtarış və xilasetmə əməliyyatlarının aparılması vacibdir.
Bölgənin bütün iqtisadi və nəqliyyat infrastrukturlarının blokdan çıxarılması həm Ermənistanın Azərbaycan ərazisindən Rusiya və İrana yük daşınması və nəqliyyat rabitəsi, həm də Azərbaycanın Ermənistan ərazisindən Naxçıvana nəqliyyat rabitəsi deməkdir”.