Bu dəfə Ermənistana heç bir güzəşt olunmayacaq - XƏBƏRDARLIQ
- 15-12-2020, 15:45
- Siyasət
“Terrorçuluq Ermənistanın dövlət siyasətidir. Onlar illərdir bu siyasəti həyata keçirərək, bölgədə müxtəlif təxribatlar törədirlər”.
''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, bu sözləri millət vəkili Bəhruz Məhərrəmov işğaldan azad olunmuş ərazilərdə Ermənistan terror birləşmələrinin terror aktları törətməsi haqqında danışarkən deyib.
Millət vəkilinin sözlərinə görə, ermənilər təxribatlar edərək dünya ictimaiyyətinin diqqətini bölgəyə cəlb edib, yazıq və qırılan erməni ab-havası yaratmaq niyyətindədilər:
“Amma Azərbaycanın qətiyyətli addımı onların məqsədinə çatmasına imkan vermədi. Azərbaycan bölgədə antiterror əməliyyatları həyata keçirib, terrorçuları yerinə oturtmaqla, erməni faşist ideyalarının baş qaldıra bilməyəcəyini göstərdi. Prezident İlham Əliyev zəfər paradında da qeyd etdi ki, əgər erməni faşist ideyaları bir daha baş qaldırarsa, Azərbaycanın ”dəmir yumruğu” növbəti dəfə onların belini qıracaq. Bu dəfə onlara heç bir güzəşt edilməyəcək. Ağılları varsa, öz dövlətlərini təhlükəyə atmasınlar, yoxsa Azərbaycanın “dəmir yumruğu”nun onlar üçün çox ağır nəticələri olacaq”.