"Əvvəl bir köynəyə 2 min verirdim, indi isə..."
- 24-09-2020, 13:32
- Mədəniyyət
"Hər zaman çalışırdım ki, brend geyinim. Hətta xaricdə belə ən bahalı və brend geyimləri seçirdim".
''Azad Səs'' Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Günel Ələkbərova "Xəbər ətər" proqramında deyib. O bildirib ki, bir vaxtlar bahalı geyimlərə üstünlük verirdi:
"Əvvəllər bir köynəyə 1500-2000 verməyi düşünürdüm. Doğrudan da mənim ağlım olmayıb. Bəzi insanlarla rastlaşanda baxırsan ki, brend geyinsə də əynində əski parçası kimi görünür. Elə adam da var ki, adi 30-40 manatlıq bir şey geyinsə də gözəl və sanballı görünür".
Günel daha sonra bəzi sənət adamlarını tənqid edib:
"Tamaşaçılar elə bilir müğənnilər super yaşayır. Bu da özünü reklam edən müğənnilərə görədir: ay mənim villam, bahalı maşınım. Çoxu da özününkü deyil. Bir söz yazan kimi camaat başlayır ki, sizə nə var ey, yaşayırsız. Bizim də sıxıntımız, maddi ehtiyacımız olur".