Nazpəri Dostəliyeva: “Evdə qalmaq mənim üçün böyük cəzadır” - FOTO
- 24-04-2020, 16:00
- Mədəniyyət
“Düşünürdüm ki, işləyəndə istirahət edirdim. Sən demə, evdə qalmağım mənim üçün böyük cəzadır. Təbii ki, bu bir zarafatdır. Evin xanımı üçün onun mətbəxi əsla əzab deyil. Ruh yüksəkliyidir. Böyük sevgi ilə ev işləri ilə məşğul oluram”.
Azad Səs xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva İTV-də yayımlanan “Gəl qonaq ol!” proqramına “Skype” vasitəsi ilə qoşularkən bildirib.
Sənətçi karantin dövründə nəvəsi Əlinin xəstələndiyini deyib:“Nəvəm Əli yanımdadır. Bir az ağrıları var idi. Onun qayğısına qaldım. Şükürlər olsun ki, özünü yaxşı hiss edir. Onun üçün şirə çəkirəm, yeməyini hazırlayıram, dərmanlarını verirəm”.
Daha sonra N.Dostəliyeva karantin günlərində məşğul olduğu işlərindən də danışıb.
“Yuxudan duran kimi Allaha dua edirəm. Sonra mətbəxə keçirəm. Yaxınlarımla sosial şəbəkə vasitəsi ilə əlaqə qururam. Tikilib hazır olan geyimlərimə düzəliş verirəm. Yarımçıq qalan mahnılarımı tamamlamağa çalışıram”.
“Evdə qaldığımız üçün əsəblərimiz və səbrimiz tarıma çəkilib” - deyən müğənni çıxışını belə yekunlaşdırıb:
“İnsan olmayan yerin gözəlliyi də yoxdur. Çətin günün ömrü az olar. Hamımız evdə oturaq ki, sağlam olaq. Başqa ölkələrə baxanda bizdə itkilər az oldu. Bu, tədbiq edilən qayda-qanunlara əməl etməyimizdəndir”.